Deprecated: The each() function is deprecated. This message will be suppressed on further calls in /home/customer/www/azintest.az/public_html/app/Helpers/Recursive.php on line 96
Haqqımızda
lab

"AZINTEST" MMC

Şirkət daxilində fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyaları AZS ISO/IEC 17025:2009 standartına müvafiq olaraq akkreditə olunmuşdur.

Bizim mütəxəssislər istehsal olunan məhsulun qəbul yoxlamasından tutmuş (xammalın yoxlanılması) - hazır məhsul olana qədər keyfiyyətə nəzarət edir.AZINTEST olaraq kimyəvi laboratoriya, emalatxana, tikinti, polad əritmə, plastik boru, metal konstruksiya, quraşdırma və montaj sahələrində keyfiyyətə nəzarəti həyata keçirir. Yoxlamaları standartlara müvafiq şəkildə yüksək keyfiyyətlə aparılır, məhsulların bu tələblərə uyğunluğu və ya uyğunsuzluğu müəyyən edilir. Sınaq laboratoriyalarından başqa, biz həmçinin ölçü cihazlarının (sınaq avadanlığının) kalibrlənməsi laboratoriyasına malikdir. Laboratoriya bu sahələr üzrə: elektrik, təzyiq, temperatur və xətti bucaq cihazlarının yoxlama - kalibrlənməsi işlərini həyata keçirir.

İllər boyunca biz mütəxəssislərin praktiki təlimlərlə yetişdirilməsi, gücləndirilməsi istiqamətində özümüzü uğurla göstərmişik. Respublikamızda uğurla həyata keçirilən iri layihələrin tələblərinin öhdəsindən gəlməyə malik peşəkar mütəxəssislərdən ibarət komandamız var.  Laboratoriyalarımızda dünya brendi olan aparıcı istehsalçıların etalon avadanlıqları quraşdırılıb. Laboratoriyalarda olan avadanlıqların əksəriyyəti tamamilə mobildir. 

BİZİMLƏ ƏLAQƏ

LİSENZİYA VƏ SERTİFİKATLAR