

POLIMER XAMMAL, BORU VƏ FITTINQLƏRIN SINAQ LABORATORIYASI
“Azintest” MMC-nin Polimer xammal, boru və fittinqlərin sınaq laboratoriyası AZS İSO/İEC 17025:2009 standartının tələblərinə uyğun akkreditasiya olunmuş laboratoriyadır. Laboratoriya müasir avadanlıqlarla təchiz olunmuşdur. Bu da analizlərin qısa zaman ərzində daha keyfiyyətlə aparılmasına və doğru nəticələrin əldə edilməsinə imkan yaradır. İstər daxil olan xammalın , istərsədə hazır məhsulun sınaqları həyata keçirilir.
QARA METALLARIN SINAQ LABORATORIYASI
"AZİNTEST" MMC-nin Qara metalların sınaq laboratoriyası Avropa standartlarına cavab verən müasir avadanlıqlardan istifadə edərək hər növ poladın, armaturun kimyəvi analiz və mexaniki sınaqlarını (ГОСТ 34028-2016 rəhbər sənəd kimi götürülür) aparır. Həmçinin korroziya, istiyədavamlı ərintilər və keyfiyyətli karbonlu konstruksiya poladlarının yayma sınağı həyata keçirilir.
METAL VƏ QAYNAQ BIRLƏŞMƏLƏRININ MEXANIKI ÜSULLA SINAQ LABORATORIYASI
"AZİNTEST" MMC-nin Metal və qaynaq birləşmələrinin mexaniki üsulla sınaq laboratoriyası qara və əlvan metallarda kimyəvi elementlərin faizlə miqdarını (kimyəvi və spektral analiz), metal və qaynaq birləşmələrinin mexaniki (dartma, əymə, sərtlik, sındırma, zərbə özlülüyü və s.) xassələrini , həmçinin metalların makrostrukturunu və mikrostrukturunu Beynəlxalq standartlara (EN İSO, ASME, AWS və s.) əsasən təyin edir.
ELEKTRİK MƏMULATLARININ SINAQ LABORATORİYASI
“AZİNTEST” MMC-nin Elektrik məmulatlarının sınaq laboratoriyası yüksək gərginlikli elektrik avadanlıqlarının , ilkin alüminium və mis, mobil yüksək gərginlik elektrik , alüminium və mis elektrotexniki çubuqların , izolyasıyasız hava naqillərinin, 500kv qədər güc, məlumat, siqnal, LAN, koaksial, telefon, optik kabellər və naqillərinin və s. sınağını həyata keçirir. Kabel məmulatlarının sınaq işlərinin aparılması üçün sınaq laboratoriyasında attestasiya olunmuş sınaq avadanlıqları və yoxlanmış ölçü vasitələri, habelə fəaliyyətdə olan normativ sənədlər fondu mövcuddur.
INŞAAT MATERIALLARININ SINAQ LABORATORİYASI
“AZİNTEST” MMC-nin İnşaat materiallarının sınaq laboratoriyasının peşəkar mütəxəssisləri tərəfindən betonun, inert materiallarının, sementin, qruntun və s. bütün fiziki və mexaniki sınaqları aparılaraq analiz olunur. Aparılan sınaqların nəticəsində materialların müvafiq standarta uyğun olub-olmadığı yoxlanılır.