lab

"AZINTEST" MMC

“Azintest” MMC cəmiyyət olaraq İSO9001:2015, İSO14001:2015 və İSO45001:2018 standartlarının tələblərinə uyğun sertifikasiya olunmuşdur.
"Azintest"MMC daxilində fəaliyyət göstərən sınaq laboratoriyaları AZS ISO/IEC 17025:2020 standartına uyğun akkreditasiya olunmuşdur. Həmçinin “Azintest”MMC-nin A tipli İnspeksiya xidməti göstərən orqanı AZS ISO/İEC 17020:2021 standartına uyğun akkreditasiya olunmuşdur.
Metal və qaynaq birləşmələrinin mexaniki və qeyri-dağıdıcı üsulla keyfiyyətinə nəzarət sınaq laboratoriyasının peşəkar mütəxəssisləri tərəfindən metal və qaynaq birləşmələrinin mexaniki (dartma, əymə, sərtlik, sındırma, zərbə özlülüyü və s.) sınaqları, qeyri-dağıdıcı sınaqları (NDT- ultrasəs defektoskopiyası, rəngli kapilyar defektoskopiyası, maqnitoqrafik və maqnit tozu defektoskopiyası, nüfuzetmə sınağı, vizual test) aparılır.
Elektrik avadanlıqlarının və inşaat materiallarının sınaq laboratoriyasının peşəkar mütəxəssisləri tərəfindən açar və  ayırıcıların idarə panellərinin sazlanıb, idarə və sınaq olunması, akkumulyatorların sazlanıb işə qoşulması, stansiyalarda və yarımstansiyalarda yüksək gərginlikli elektrik avadanlıqlarının sınağı, elektrik enerji istehsalında və ötürülməsində istifadə olunan bütün elektrik avadanlıqlarının sınağı, elektrik avadanlıqlarında istifadə olunan fərdi və kollektiv mühafizə vasitələrinin sınağı, o cümlədən, transformatorların, generatorların, ölçü transformatorlarının, ayırıcıların, kabellərin zədə yerinin təyini, yarımstansiya və stansiyada  torpaqlanmanın sınağı və yoxlanılması  həyata keçirilir. Həmçinin inşaat materiallarının (beton, beton qarışığı, inşaat qumu, təbii çınqıl, qırmadaş) sınaqları aparılaraq analiz olunur. Aparılan sınaqların nəticəsində  materialların müvafiq standarta uyğun olub-olmadığı yoxlanılır.
Həmçinin, tikinti və istehsal sahələrində  peşəkar inşaat , qaynaq , elektrik inspektorları tərəfindən müvafiq keyfiyyətə nəzarət, inspeksiya , topo-geodeziya işləri də aparılır.

BİZİMLƏ ƏLAQƏ

LİSENZİYA VƏ SERTİFİKATLAR